Misirli futbolçu oyun zamanı baş məşqçiyə hücum edib

11-12-2024, 18:24           
Misirli futbolçu oyun zamanı baş məşqçiyə hücum edib
Futbol üzrə Misir çempionatının ikinci divizionunda "Mənsura" klubunun oyunçusu ilə baş məşqçi arasında ciddi münaqişə baş verib.

Oxu.Az "OnTime Sports"a istinadən xəbər verir ki, hadisə oyunun 60-cı dəqiqəsində Abdel Vahedin əvəzetmə ilə meydana daxil olmasından sonra baş verib. Cəmi 10 dəqiqə sonra baş məşqçi onu yenidən əvəz etmək qərarına gəlib.

Bu qərar Abdel Vahedin kəskin etirazına səbəb olub. Göz yaşları içində meydanı tərk edən futbolçu əsəblərinə hakim ola bilməyərək baş məşqçiyə hücum edib.

Yalnız texniki zonadakı digər məşqçinin müdaxiləsi ilə vəziyyət nəzarətə alınıb və futbolçunu soyunub-geyinmə otağına göndərmək mümkün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru