Ronaldu və Neymar ən bahalı futbolçuların siyahısından kənarda qaldılar
15-12-2024, 15:14

Səudiyyə Ərəbistanı çempionatının ən yüksək bazar dəyəri olan on futbolçusu bəlli olub.
Siyahını "Transfermarkt" portalı təqdim edir.
Belə ki, bu gün Pro Liqanın ən bahalı oyunçusu "Əl-İttihad"ın yarımmüdafiəçisi Mussa Diabidir. Onun bazar dəyəri 35 milyon avrodur.
1. Mussa Diabi ("Əl-İttihad", 35 milyon avro);
2. Mohamed Simakan ("Ən-Nəsr", 28 milyon avro);
3. Ruben Neves ("Əl-Hilal", 28 milyon avro);
4. İvan Toni ("Əl-Əhli", 28 milyon avro);
5. Malkom ("Əl-Hilal", 25 milyon avro);
6. Aleksandr Mitroviç ("Əl-Hilal", 25 milyon avro);
7. Qabriel Veyqa ("Əl-Əhli", 23 milyon avro);
8. Markos Leonardo ("Əl-Hilal", 20 milyon avro);
9. Sergey Milinkoviç-Saviç ("Əl-Hilal", 20 milyon avro);
10. Rocer İbanez ("Əl-Əhli", 18 milyon avro).
Maraqlıdır ki, liqanın iki əsas ulduzu - "Ən-Nəsr"dən Kriştiano Ronaldu və "Əl-Hilal"dan Neymar ilk 10-luğa düşə bilməyiblər.