Fransa Liqası: PSJ "Lion"u məğlub etdi VİDEO

16-12-2024, 17:44           
Fransa Liqası: PSJ "Lion"u məğlub etdi  VİDEO
Fransa Liqa 1-də PSJ və "Lion"un qarşılaşdığı 15-ci turun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Parisdəki "Park de Prens" stadionunda baş tutub. PSJ 3:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesab artıq səkkizinci dəqiqədə açılıb, PSJ-nin hücumçusu Usman Dembele fərqlənib. 14-cü dəqiqədə Vitinya penaltidən oyunda fərqi ikiyə çatdırıb. 40-cı dəqiqədə Georgi Mikautadze bir qolun əvəzini çıxıb. 88-ci dəqiqədə Paris klubunun hücumçusu Qonsalu Ramos komandasının 3-cü qolunu vurub.

PSJ Fransa Liqa 1-in turnir cədvəlində 15 oyundan 37 xal toplayıb. "Lion" 15 oyundan sonra 25 xal toplayıb və beşinci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru