İdmançılarımızın reytinq cədvəli açıqlandı

2-01-2025, 08:14           
İdmançılarımızın reytinq cədvəli açıqlandı
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Trubinainfo.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 390 xalla ikincidir. Atlet Anna Skidan (315 xal) isə üçüncü olub.

İlk “10-luq”da Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (310 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (250 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal), ağırlıqqaldıran Dadaş Dadaşbəyli (205 xal) və cüdoçu Yaşar Nəcəfov (190 xal) yer alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru