Qrizmannın "Atletiko" ilə müqaviləsi bu tarixdə bitir

18-04-2025, 16:24           
Qrizmannın "Atletiko" ilə müqaviləsi bu tarixdə bitir
Fransa millisinin və İspaniya təmsilçisi "Atletiko"nun futbolçusu Antuan Qrizmannın klubu ilə bağlayacağı yeni müqavilənin müddəti bəlli olub.
34 yaşlı hücumçu 2027-ci ilə qədər Madrid kollektivinin şərəfini qoruyacaq.

Onun hazırkı sözləşməsi 2026-cı ildə başa çatacaq.

ABŞ-nin "Los-Anceles" klubu futbolçunu heyətinə cəlb etmək istəsə də, danışıqlar müsbət yekunlaşmayıb.

Qeyd edək ki, Antuan Qrizmann karyerası ərzində paytaxt təmsilçisində 435 oyuna çıxıb, 197 qol və 91 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru