UEFA Konfrans Liqasının finalında 5 qol vuruldu VİDEO
29-05-2025, 10:38

UEFA Konfrans Liqasında final qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, həlledici matçda "Real Betis"lə "Çelsi" üz-üzə gəliblər.
Oyunda hesabı ilk hissədə ispanlar açsalar da, ingilislər ikinci hissədə onları qol vurmağa peşman ediblər. "Zadəganlar" rəqib qapıdan 4 top keçirərək geridönüş etməyi bacarıblar - 1:4.
Beləliklə də, Konfrans Liqasının qalibi olan "Çelsi" bu mövsüm Avrokuboklarda uğur qazanan ikinci London təmsilçisi olub. Bu il UEFA Avropa Liqasında da İngiltərə paytaxtının digər komandası "Tottenhem" qalib gəlib.
"Çelsi" həmçinin iki dəfə Avropa Liqasını (2013, 2019) və Çempionlar Liqasını (2012, 2021) qazanmaqla bütün mövcud Avropa Kuboklarını qazanan ilk klub kimi adını futbol tarixinə yazdırıb.
28 may, 09:38
Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, final görüşündə İspaniyanın "Betis" və İngiltərənin "Çelsi" klubları qarşılaşacaq.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası
28 may
23:00. "Betis" - "Çelsi"