“Əl-Nassr” Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlar apardığını açıqlayıb

30-05-2025, 09:14           
“Əl-Nassr” Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlar apardığını açıqlayıb
Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun idman direktoru Fernando Hierro Kriştiano Ronaldonun klubu tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Hierro bildirib ki, biz hələ də Kriştiano ilə danışıqlarımızı davam etdiririk və ümid edirəm ki, müqaviləni uzatmaq üçün bir həll tapa bilərik.

Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
O, 2023-cü ildən “Əl-Nassr”da çıxış edir və ötən mövsüm 25 qol vuraraq turnirin bombardiri olub.

Aprelin 10-da Ronaldonun Səudiyyə klubu ilə əmək müqaviləsini uzada biləcəyi barədə məlumat ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru