Tayson və Yemelyanenko arasında döyüş keçirilə bilər

30-05-2025, 12:18           
Tayson və Yemelyanenko arasında döyüş keçirilə bilər
Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson və qarışıq döyüş növləri üzrə keçmiş dünya çempionu Fyodor Yemelyanenko arasında döyüş keçirilə bilər.

"Bloody Elbow" saytı xəbər verir ki, bu barədə Qazaxıstanın "Alash Pride League" döyüş liqasının prezidenti Alimcan Bektayev məlumat verib.

Onun sözlərinə görə, 58 yaşlı amerikalı Tayson və 48 yaşlı rusiyalı Yemelyanenko arasında görüşün təşkili üzərində iş aparılır.

Bektayev qeyd edib ki, döyüşün keçirilə biləcəyi turnir cari ilin dekabrında baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru