FIFA klublararası dünya çempionatının final mərhələsinə çıxan son komanda bəlli oldu

1-06-2025, 12:56           
FIFA klublararası dünya çempionatının final mərhələsinə çıxan son komanda bəlli oldu
FIFA klublararası dünya çempionatının final mərhələsinə vəsiqə qazanan son komandanın adına aydınlıq gəlib.
ABŞ-nin "Los Anceles" klubu final mərhələsinə çıxmaq uğrunda Meksikanın "Klub Amerika" komandasını əlavə vaxtda üstələyib - 2:1.

Meksika təmsilçisindən Rodrigez 64-cü dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. "Los Anceles"in cavabı 89-cu dəqiqədə gəlib, İqor Xesus qolun müəllifi olub.

Əsas vaxt heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. 115-ci dəqiqədə daha bir qol vuran "Los Anceles" komandası adını final mərhələsinə yazdırıb. Bunqa komandasına qələbə gətirən qolu vurub.

"Los Anceles" dünya çempionatının qrup mərhələsində "D" qrupunda "Çelsi" (İngiltərə), "Flamenqo" (Braziliya) və "Esperans (Tunis" klubları ilə mübarizə aparacaq.

32 komandanın iştirakı ilə ilk klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru