Türkiyəli futbolçu Atatürkün şəklini paylaşdı - Yunan klubundan uzaqlaşdırıldı

3-06-2025, 16:48           
Türkiyəli futbolçu Atatürkün şəklini paylaşdı - Yunan klubundan uzaqlaşdırıldı
Türkiyəli futbolçu Samet Akaydın Yunanıstanın "Panatinaikos" klubunda oynadığı zaman sosial şəbəkə hesabında etdiyi Atatürk paylaşımının komandadan ayrılmasına səbəb olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə futbolçu "Tivibu Spor" telekanalına verdiyi açıqlamada deyib:

"Mayın 19-da paylaşımı etdiyim günün axşamı "Olimpiakos"la oyunumuz var idi. İdman direktoru paylaşımımı silməyimi istədi. Bunun milli bayramımız olduğunu söyləyərək etiraz etdim. Məni həmin matçın heyətindən çıxardılar. Dedilər ki, böyük etiraz olacaq, səni heyətə qata, stadionda qoruya bilmərik. Oyunun sonunadək paltardəyişmə otağında qalmağımı istədilər. Əsəbiləşdim. Sonra birbaşa Yunanıstanı tərk etdim", - deyə o bildirib.

Qeyd edək ki, Akaydın hazırda "Rizespor" klubunun şərəfini qoruyur. "Fənərbağça"nın sabiq futbolçusu olan Akaydın 2023-2024-cü illərdə "Panatinaikos" klubunda icarə əsasında çıxış edib.

19 May Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd olunur. 1919-cu il mayın 19-u Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru