Azarkeş meydançaya çıxıb Ronaldunu arxadan tutmağa çalışdı

5-06-2025, 12:29           
Azarkeş meydançaya çıxıb Ronaldunu arxadan tutmağa çalışdı
UEFA Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən Almaniya - Portuqaliya matçı başlamazdan əvvəl xoşagəlməz hadisə baş verib.

Sports.ru saytı xəbər verir ki, futbolçular "Allianz Arena" stadionunda isinmə hərəkətləri edərkən azarkeşlərdən biri meydana daxil olub.

O, əlində telefonla Kriştianu Ronaldu ilə selfi çəkməyə çalışıb. Lakin portuqaliyalı ulduz futbolçu kənara çəkilərək bu hərəkətə etiraz edib.

Gənc azarkeş bu dəfə arxadan Ronaldunu tutmağa çalışıb. Daha sonra stüardlar və mühafizəçilər azarkeşi tutaraq Ronaldunun yanından uzaqlaşdırıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru