UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu VİDEO

5-06-2025, 11:16           
UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu VİDEO
UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya millisi Portuqaliya seçməsini qəbul edib.

Münhendəki "Allianz Arena"da baş tutan qarşılaşmada hesabı meydan sahibləri açsalar da, qonaqlar qalib gəliblər - 1:2.

Virtsin qoluna Konseysao və Ronaldunun dəqiq zərbələri ilə cavab verən pireneylilər finala adlayıblar.

Qeyd edək ki, iyunun 5-də axşam saatlarında digər yarımfinal görüşü keçiriləcək. Ştutqartda İspaniya ilə Fransa üz-üzə gələcək. İyunun 8-də isə üçüncü yer uğrunda matç və final qarşılaşması oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru