Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin olundu

5-06-2025, 12:48           
Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin olundu
Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu italiyalı Simone İnzaqini komandanın baş məşqçisi təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Hilal"ın Mətbuat Xidməti məlumat yayıb.

İnzaqinin 49 yaşı var və 2021-ci ildən o, "İnter"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2023), iki dəfə ölkə kubokunu (2022, 2023), həmçinin İtaliya çempionluğunu (2024) qazanıb və iki dəfə Çempionlar Liqasının finalına (2023, 2025) yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru