"Qalatasaray" 12 milyon avro maaş təklif etdi

6-06-2025, 10:14           
"Qalatasaray" 12 milyon avro maaş təklif etdi
"Qalatasaray" gələn ay "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Saneni transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi artıq almaniyalı vingerlə danışıqlara başlayıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Qalatasaray" Saneyə illik 12 milyon avro maaş təklif edib. "Sarı-qırmızılar" 29 yaşlı futbolçunun cavabını gözləyir.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Leroy Sane başa çatan mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru