Yay Olimpiya Oyunlarına bu ölkə ev sahibliyi edəcək

6-06-2025, 09:38           
Yay Olimpiya Oyunlarına bu ölkə ev sahibliyi edəcək
Polşa 2040 və ya 2044-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.

Referans sports.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin idman və turizm naziri Slavomit Nitras məlumat verib.

“Biz Polşada Olimpiadanı təşkil etməyə imkan verəcək strateji sənədlərin hazırlanması üzərində işləyirik. Əvvəllər Oyunlara ev sahibliyi etmiş ölkələrin təcrübəsini nəzərə alaraq, 2040-cı ildə Olimpiya Oyunlarını təşkil etməyə çalışacağıq. Bu, 2044-cü il də ola bilər”, – nazir bildirib.

Qeyd edək ki, Polşa indiyədək heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru