Rafinya İspaniya çempionatında ötən mövsümün ən yaxşı oyunçusu seçilib Bu gün, 09:49 "Barselona" komandasının hücumçusu Rafinya İspaniya çempionatında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.Oxu.Az xəbər verir ki, bu barədə İspaniya La Liqasının rəsmi saytı məlumat yayıb.Braziliyalı futbolçu La Liqada 36 oyunda iştirak edib, 18 qol vurub və 9 məhsuldar ötürmə verib.28 yaşlı hücumçu 2022-ci ilin yayından "Barselona" klubunda çıxış edir. Facebook-da paylaş