DÇ-2026-nın seçmə mərhələsi: İtaliya səfərdə darmadağın oldu VİDEO

7-06-2025, 09:21           
DÇ-2026-nın seçmə mərhələsi:
Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup görüşlərinin üçüncü turu çərçivəsində altı qarşılaşma keçirilib.

Oxu.Az xəbər verir ki, turun mərkəzi görüşü Osloda baş tutub.

Norveç yığması evdə İtaliya millisini qəbul edib. Oyun skandinaviyalıların inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.

Yağışlı hava şəraitində keçən matçda bütün qollar ilk hissədə vurulub. Ev sahiblərindən Sörlot, Nusa və Haaland fərqləniblər.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: Estoniya - İsrail - 1:3 Şimali Makedoniya - Belçika - 1:1 Uels - Lixtenşteyn - 3:0 Çexiya - Monteneqro - 2:0 Cəbəllüttariq - Xorvatiya - 0:7












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru