UEFA Avropa Liqasının qalibi olan "Tottenhem" baş məşqçini istefaya göndərdi

7-06-2025, 10:47           
UEFA Avropa Liqasının qalibi olan "Tottenhem" baş məşqçini istefaya göndərdi
İngiltərənin "Tottenhem" klubu avstraliyalı mütəxəssis Angelos Postekoqlunu klubun baş məşqçi vəzifəsindən azad edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

"Keçən mövsümdəki çıxış təhlil edildikdən və ətraflı düşünülərək qərar verildikdən sonra klub elan edir ki, Angelos Postekoqlu vəzifəsindən azad edilib", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, 59 yaşlı Postekoqlu 2023-cü ildən "Tottenhem"ə rəhbərlik edirdi. 2024/25 mövsümündə onun rəhbərliyi ilə londonlular UEFA Avropa Liqasının qalibi olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru