Son sözü dedilər - Pulunu artırmırıq, qalırsan, qal, gedirsənsə, özün bilərsən!

Bu gün, 10:34           
Son sözü dedilər -
“Sumqayıt» rəhbərliyinin Elvin Bədəlovla bağlı son qərarı bəlli olub.

«Kimyaçılar» 2018-ci ildən burada çıxış edən müdafiəçinin maaşını artırmaq fikrindən daşınıb.

Bu, kapitanın Samir Abasov vasitəsilə «Neftçi» ilə danışıqlar aparmasıyla bağlıdır. Rəsmilər uzun illərdir daim dəstək verdikləri «Zenit»in yetirməsinin bu hərəkətini ona bağışlamayıb.

Bədəlova bildirilib ki, yeni müqavilə imzalayarsa, məvacibi 15 min manata qaldırılmayacaq. Qalarsa, əvvəlkitək 13000 manat əməkhaqqı alacaq.

Bu isə o deməkdir ki, qalırsan, qal, gedirsənsə də, özün bilərsən, sənə yaxşı yol.

Maraq üçün bildirək ki, Bədəlov 2013-2016-cı illər aralığında “ağ-qaralar”ın heyətində 58 oyunda meydana çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.