Ronaldu karyerasını nə vaxt bitirəcəyini açıqladı

8-06-2025, 11:17           
Ronaldu karyerasını nə vaxt bitirəcəyini açıqladı
Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirməsi ilə bağlı sualı cavablandırıb.

Oxu.Az "Euro-Football"a istinadən xəbər verir ki, ulduz hücumçu bu barədə mətbuat konfransında danışıb.

40 yaşlı forvardın sözlərinə görə, butslarını nə vaxt asacağına hələ qərar verməyib. Ronaldu yalnız futboldan həzz almadıqda oynamağı dayandıracağını bildirib.

"Təqaüdə çıxmaq? Mənim şüarım hər günü yaşamaqdır. Oynamağa çox illərim qalmayıb, amma bu andan həzz alıram. Karyeramın bitmə tarixi yoxdur. Özümü xoşbəxt hiss edirəm. Mən həzz almaq və oynamağa davam etmək üçün buradayam - həzz aldığım günə qədər", - portuqaliyalı qeyd edib.

Xatırladaq ki, iyunun 8-də Millətlər Liqasının finalında Portuqaliya və İspaniya milliləri üz-üzə gələcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru