DÇ-2026: Niderland Finlandiyanı məğlub etdi

8-06-2025, 11:48           
DÇ-2026: Niderland Finlandiyanı məğlub etdi
Futbol üzrə 2026-cı il Dünya çempionatının seçmə mərhələsinin 3-cü turu çərçivəsində Niderland millisi Finlandiya seçməsinin qonağı olub.

Oxu.Az xəbər verir ki, komandalar Helsinki Olimpiya Stadionunda üz-üzə gəliblər.

Qarşılaşma qonaqların 0:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Altıncı dəqiqədə Memfis Depay matçda hesabı açıb. 23-cü dəqiqədə isə Denzel fərqi artırıb.

Hazırda Finlandiya üç oyundan dörd xalla G qrupunda ikinci yerdə qərarlaşıb. Niderland seçmə turnirdə ilk oyununu keçirərək ilk üç xalı qazanıb və üçüncü yerə yüksəlib. Polşa yığması iki oyundan sonra altı xalla qrupa başçılıq edir.
Turun bugünkü digər qarşılaşmaları aşağıdakı nəticələrlə bitib: Bosniya və Herseqovina - San Marino - 1:0; Avstriya - Rumıniya - 2:1; Malta - Latviya - 0:0; Andorra - İngiltərə - 0:1; Albaniya - Serbiya - 0:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru