Fransada LGBT təbliğatına qarşı çıxan futbolçulara cəza verildi

8-06-2025, 12:58           
Fransada LGBT təbliğatına qarşı çıxan futbolçulara cəza verildi
Fransa Peşəkar Futbol Liqasının İntizam Şurası mayın 17-də mövsümün son həftəsində keçirilən matçlarda qollarındakı LGBT rəmzini gizlətdikləri üçün futbolçuları cəzalandırıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Fransa Liqa 1-in "Olimpik Lion" klubunda çıxış edən serbiyalı futbolçu Nemanya Matiç və "Havr"da çıxış edən misirli futbolçu Əhməd Həsənə intizam şurası tərəfindən hər birinə 4 oyunluq cəza verilib.

Qeyd edək ki, şura öncəki illərdə də analoji qərarlarla yadda qalıb. Ötən il "Monako"da çıxış edən malili futbolçu Muhammed Camara da eyni səbəbdən 4 oyunluq cəzalandırılıb. Daha əvvəl isə "Nant"da oynayan misirli forvard Mustafa Məhəmməd LGBT təbliğatını əks etdirən forma geyinməkdən imtina etdiyi üçün heyətdən kənarlaşdırılıb və cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru