Levandovskidən gözlənilməz qərar: Polşa millisində oynamaqdan imtina etdi

9-06-2025, 10:38           
Levandovskidən gözlənilməz qərar: Polşa millisində oynamaqdan imtina etdi
"Barselona"nın hücumçusu Robert Levandovski Mixal Probejin rəhbərliyi altında Polşa milli komandasında oynamaqdan imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu sosial şəbəkə vasitəsilə məlumat verib.

"Mövcud vəziyyətə və ona olan inamın itməsinə görə indiki baş məşqçinin rəhbərliyi altında Polşa millisində oynamaqdan imtina etmək qərarına gəldim. Ümid edirəm ki, gələcəkdə dünyanın ən yaxşı azarkeşləri üçün yenidən oynaya biləcəyəm", - forvard yazıb.

Qeyd edək ki, Robert Levandovski Polşa millisinin heyətində 158 oyunda 85 qol vurub. Futbolçu hələ 2008-ci ildə debüt edib. Mixal Probej 2023-cü ilin sentyabrından Polşa millisinin baş məşqçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru