Mourinyo "Fənərbağça"nın prezidenti qarşısında şərt qoydu

9-06-2025, 11:28           
Mourinyo "Fənərbağça"nın prezidenti qarşısında şərt qoydu
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo klubdan getməyə yaxındır.

Oxu.Az-ın AS-a istinadən verdiyi məlumata görə, 62 yaşlı portuqaliyalı Londonda "Fənərbağça"nın prezidenti Ali Koç ilə görüşüb və potensial müqavilənin ləğvini müzakirə edib. Mourinyo güzəştə getməyəcəyini və yalnız müqaviləsinin sonuna qədər məşqçiyə verilməli olan 15 milyon avronun ödəniləcəyi təqdirdə ayrılmağa razılaşacağını açıqlayıb.

Xatırladaq ki, Mourinyo 2024-cü ilin yayından "Fənərbağça"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm Türkiyə çempionatını ikinci pillədə başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru