DÇ-2026: Niderland qələbəni 8 qolla qazandı

11-06-2025, 10:47           
DÇ-2026: Niderland qələbəni 8 qolla qazandı
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı görüş başa çatıb.

Oxu.Az xəbər verir ki, G qrupunda mübarizə aparan Niderland Maltanı qəbul edib. Narıncılar ada təmsilçilərinin qapısından 8 cavabsız top keçiriblər - 8:0.

Qrupda keçirilən digər matçda Finlandiya öz meydanında Polşanı 2:1 məğlub edib. Matç zamanı tribunalarda azarkeşlərdən birinin halı pisləşdiyi üçün oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.

H qrupunda qərarlaşan Rumıniya Kiprdən üstün olub - 2:0. Avstriya isə səfərdə San-Marinonu darmadağın edib - 0:4.

K qrupunda Latviya Albaniya ilə sülhə razılaşıb - 1:1. Serbiya isə Andorranı 3 cavabsız qolla üstələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru