Rusiyalı tanınmış futbolçu 1,5 milyon avro aldadılıb

12-06-2025, 09:38           
Rusiyalı tanınmış futbolçu 1,5 milyon avro aldadılıb
“Rostov” klubunun və Rusiya milli komandasının məşqçisi, İspaniyanın “Real Oviedo” və “Rayo Valyekano” klublarının sabiq futbolçusu Viktor Onopko “Oviedo” klubundan maaş olaraq 1,5 milyon avro ala bilmədiyini bildirib.
İqtisadiyyat.az xəbər verir ki, onun sözlərini "Legalbet" yayıb.

“İki il ərzində mənə ‘Oviedo’da maaş verilmirdi? Bəli, belə bir hal oldu. Təxminən 1,5 milyon avro ödənilmədi. Bizə yalnız minimum əmək haqqı verilirdi, əsas maaş isə yox idi”, – deyə Onopko qeyd edib.

Sabiq müdafiəçi bildirib ki, ödənişlərin gecikməsi onun məşqlərə və oyunlara yanaşmasına təsir etməyib:

“Meydana çıxanda hər şeyi unudurdum. Amma məsələ pula gəldikdə – bu, komanda üçün çox çətin bir məqam olur. Məsələn, futbolçu məşqdən və ya oyundan sonra evə gəlir, həyat yoldaşı bu barədə sual verir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bir çox futbolçular belə vəziyyətlərdə depressiyaya düşürdü və potensiallarından aşağı səviyyədə çıxış edirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru