Klublararası dünya çempionatı: "Benfika"dan darmadağın, "Çelsi"dən məğlubiyyət VİDEO

21-06-2025, 10:49           
Klublararası dünya çempionatı:
Klublararası dünya çempionatının D qrupunda "Flamenqo" və "Çelsi" komandalarının qarşılaşdığı 2-ci turun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma 3:1 hesabı ilə Braziliya təmsilçisinin xeyrinə başa çatıb.
İki matçdan sonra "Çelsi"nin 3 xalı var. "Zadəganlar" D qrupunda ikincidirlər. "Flamenqo" isə 6 xalla liderdir. Günün digər qarşılaşmasında "Benfika" "Oklend Siti"ni darmadağın edib - 6:0. Orlandoda baş tutan matçın hissələri arasında leysan yağış səbəbindən 2 saatlıq fasilə yaranıb. Qələbə sayəsində Portuqaliya klubu C qrupunda liderliyə yüksəlib. Yeni Zelandiya təmsilçisi isə hələ ki xalsızdır və qrupda sonuncu pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru