Messi nəinki, dünyanın heç Argentinanın da ən yaxşısı deyil - Qalmaqallı açıqlama

23-06-2025, 00:01           
Messi nəinki, dünyanın heç Argentinanın da ən yaxşısı deyil -
Piers Morgan Lionel Messinin Argentina tarixinin ən yaxşı oyunçusu belə olmadığını iddia edib.

Jurnalist və “Arsenal” azarkeşi olan Pirs Morqan 1989-cu ildə UEFA Kubokunun yarımfinalında ” Bavariya”ya qarşı keçirilən oyundan əvvəl “Napoli” də oynayan Dieqo Maradonanın videosunu paylaşıb.

Publika.az xəbər verir ki, videoda argentinalı stadionda səslənən “Live Is Life” mahnısının ritminə uyğun olaraq topla müxtəlif fəndlər edir.

Pirs Morqan sosial şəbəkədə yazıb: “Brilyantdı. Bu, Messinin dünyanın bir yana, Argentina tarixinin də ən yaxşı oyunçusu olmadığını təsdiqləyir”.

Qeyd etmək lazımdır ki, Pirs Kriştiano Ronaldonun da dostu sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru