Klublararası dünya çempionatı: Azlıqda qalan "Real Madrid"dən inamlı qələbə

23-06-2025, 09:26           
Klublararası dünya çempionatı: Azlıqda qalan "Real Madrid"dən inamlı qələbə
Klublararası dünya çempionatının H qrupunda "Real Madrid" və "Paçuka" (Meksika) komandalarının qarşılaşdığı 2-ci turun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, görüşdə hesab 3:1 "Kral klubu"nun xeyrinə olub.

"Real Madrid"in futbolçusu Raul Asensio 7-ci dəqiqədə qırmızı vərəqə alıb. Qalib komandanın heyətində Bellinqem (35), Arda Güler (43) və Valverde (70) fərqləniblər.

Bu oyundan sonra "Real Madrid" 4 xalla H qrupuna başçılıq edir, "Paçuka" isə xalsız olaraq sonuncu yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru