"Monako" ilə fransalı yarımmüdafiəçi Pol Poqba arasında razılıq əldə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Santi Auna "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimi olacaq.
Xatırladaq ki, Poqbanın dopinqə görə 4 illik diskvalifikasiyası 18 aya endirilib. Fransa millisinin sabiq futbolçusu cəzasını hələ mart ayında başa vurub.