Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə VİDEO

25-06-2025, 11:18           
Klublararası dünya çempionatı:
ABŞ-də keçirilən klublararası dünya çempionatında C qrupunun üçüncü turunun oyunları başa çatıb.

Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) və "Oklend Siti" (Yeni Zelandiya) - "Boka Xuniors" (Argentina) matçları keçirilib.

"Benfika" - ""Bavariya" oyunu portuqaliyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu Andreas Şelderup vurub.
"Oklend Siti" - "Boka Xuniors" matçı isə 1:1 hesabı ilə başa çatıb. Natan Qarrou avtoqola imza ataraq, Argentina təmsilçisini hesabda önə çıxarıb. Kristian Qrey isə yekun nəticəni müəyyən edib. Üç turdan sonra "Benfika" 7 xalla qrup lideri, "Bavariya" isə 6 xalla qrup ikincisi kimi 1/8 final mərhələsinə keçiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru