Ançelotti Dünya Çempionatında Neymardan necə istifadə edəcək? – AÇIQLADI

30-06-2025, 00:01           
Ançelotti Dünya Çempionatında Neymardan necə istifadə edəcək? – AÇIQLADI
Braziliyanın futbol üzrə millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, Neymarı 2026-cı il dünya çempionatında komandanın mərkəz oyunçusu etməyi planlaşdırır.

Bu barədə “Ge globo” nəşri məlumat yayıb

“Bəli, mən onunla danışdım. O, komandamız və dünya çempionatı üçün çox vacib oyunçudur. Hazırlaşmalıdır və bunun üçün vaxtı var. Onu Braziliya üçün necə əsas oyunçuya çevirmək barədə dəqiq təsəvvürümüz var.

Vinisiusa 10 nömrə? Bu rəqəm Braziliya üçün çox şey deməkdir. Bu nömrəli forma başqasına gedə bilər, çünki komandamızda onu geyinməyə layiq olan çoxlu oyunçu var”, – “Ge globo” Ançelottinin sözlərini sitat gətirib.

Qeyd edək ki, Neymar son vaxtlar tez-tez zədə aldığı üçün qeyri-sabit oyun nümayiş etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru