Ronaldodan Səudiyyə liqası ilə bağlı təəccüblü açıqlama

30-06-2025, 00:06           
Ronaldodan Səudiyyə liqası ilə bağlı təəccüblü açıqlama
Ronaldodan Səudiyyə liqası ilə bağlı təəccüblü açıqlama
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Əfsanəvi portuqaliyalının sözlərini ESPN sitat gətirib.

“Əlbəttə, liqamız hələ də inkişaf edir, lakin biz artıq dünyada ilk beşliyə düşmüşük. Hələ vaxtımız var, son iki ildə peşəkarcasına çox inkişaf etdik.

Mən xoşbəxtəm, çünki bu çempionat çox rəqabətlidir. Yalnız burada oynamayan və ya futboldan anlamayan adamlar deyə bilər ki, bu, top çempionat deyil. Mən burada oynayıram və nə danışdığımı bilirəm”, – Ronaldo bildirib.

Xatırladaq ki, Kriştiano 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bu müddət ərzində o, 105 oyun keçirib, 93 qol vurub və 19 məhsuldar ötürmə edib.


Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru