Rusiyada futbolçu oyun zamanı öldü

30-06-2025, 00:10           
Rusiyada futbolçu oyun zamanı öldü
Rusiyada 26 yaşlı futbolçu Artyom Kalmıkov Moskva vilayəti çempionatının B-3 liqasının "Parkovıy" və "Nara" komandaları arasında keçirilən matçda dünyasını dəyişib.

Bu barədə SHOT "Telegram" kanalına istinadla xəbər verilir.

Kalmıkov "Parkovıy" klubunda çıxış edib. O, matçın 60-cı dəqiqəsində yıxılaraq huşunu itirib.

Futbolçunu meydançadan çıxarıblar, təcili yardım gələnə qədər idman həkimi onu reanimasiya etməyə çalışsa da, uğursuz olub.

Nəticədə Kalmıkov dünyasını dəyişib. Futbolçunun oyun zamanı ölməsi ilə bağlı araşdırma aparılacaq.

Mənbə: unikal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru