Klublararası dünya çempionatı: Messinin sabiq klubu hazırkı komandasını darmadağın etdi VİDEO

30-06-2025, 10:44           
Klublararası dünya çempionatı: Messinin sabiq klubu hazırkı komandasını darmadağın etdi  VİDEO
Klublararası dünya çempionatında 1/8 mərhələnin görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, ABŞ-də keçirilən turnirin pley-off mərhələsində PSJ "İnter Mayami" ilə üz-üzə gəlib.

Oyun sanki UEFA Çempionlar Liqasının bumövsümkü finalını xatırladıb. Lakin bu dəfə Paris klubunun qurbanı İtaliyanın deyil, ABŞ-nin "İnter"i olub. O zaman italyanları 5 cavabsız qolla məğlub edən fransızlar, indi Mayami təmsilçisindən 4:0 hesabı ilə üstün olublar.

Beləliklə də, Luis Enrikenin yetirmələri "Palmeyras" və "Çelsi"dən sonra Klublararası dünya çempionatın 1/4 finalına vəsiqə qazanan üçüncü klub olub.

Qeyd edək ki, hazırda "İnter Mayami"də çıxış edən futbol ulduzu Lionel Messi sabiq komandasına qarşı oyunda heç nə ilə yadda qalmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru