"Formula-1": Avstriya Qran-prisində körpü uçuldu VİDEO
Bu gün, 09:06
"Formula-1" Avstriya Qran-prisi zamanı metal körpü yarış trasına düşüb.
Oxu.Az MK-ya istinadən xəbər verir ki, yarışa bir neçə saat qalmış təxliyə maşını qəzaya uğramış avtomobillə reklam konstruksiyasına dəyib, toqquşmadan sonra körpü uçulub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Qran-pri vaxtında başlayıb.