Qadın boksçu meymunla siqaret çəkdiyinə görə milli komandadan qovula bilər

1-07-2025, 11:26           
Qadın boksçu meymunla siqaret çəkdiyinə görə milli komandadan qovula bilər
Rusiyalı boksçu Anastasiya Luçkina zooparkların birində oranqutanla siqaret çəkdiyinə görə milli komandadan qovula bilər.

Bu barədə TASS-a idmançının məşqçisi Vladimir Akatov məlumat verib.

Bir müddət əvvəl Anastasiya Luçkinanın zooparkda çəkilən videosu yayılıb. Kadrlarda o, elektron siqaret çəkir, sonrasında isə onu oranqutana verir.

Rusiya Boks Federasiyasından Luçkinanın etik davranış qaydalarına uyğun olaraq cəzalandırılacağı bildirilib.

Qeyd edək ki, Luçkina boks üzrə idman ustalığına namizəddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru