Klublararası dünya çempionatında gözlənilməz məğlubiyyət: "Mançester Siti" yarışı tərk etdi VİDEO

1-07-2025, 11:02           
Klublararası dünya çempionatında gözlənilməz məğlubiyyət: "Mançester Siti" yarışı tərk etdi VİDEO
Klublararası dünya çempionatının 1/8 final mərhələsində daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, "Mançester Siti" (İngiltərə) ilə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) üz-üzə gəliblər. Matçda sensasiyalı nəticə qeydə alınıb.

Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" uduzaraq (3:4) yarışda mübarizəni erkən başa vurub.

Dörddəbir finalda "Əl-Hilal" "Fluminense" (Braziliya) ilə qarşılaşacaq.

Digər iki müəyyən olunan cütlükdə "Palmeyras" "Çelsi" ilə, "Bavariya" isə PSJ ilə üz-üzə gələcək.

Dörddəbir finala sonuncu vəsiqə uğrunda "Real" - "Yuventus" və "Borussiya" (Dortmund) - "Monterrey" cütlükləri yarışacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru