Erməni futbolçu klublararası dünya çempionatında dava saldı VİDEO

1-07-2025, 11:56           
Erməni futbolçu klublararası dünya çempionatında dava saldı  VİDEO
"İnter"in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan ABŞ-də keçirilən klublararası dünya çempionatında dava salıb.

Səkkizdəbir final mərhələsinin "Fluminense" ilə oyunu zamanı meydanda gərginlik yaşanıb.

Birinci hissənin sonunda "Fluminense"nin baş məşqçisi Renato Qauço meydandan çıxan topu Mxitaryandan uzaqlaşdırıb. Buna əsəbiləşən erməni futbolçu məşqçini itələyib.

Həmin epizoddan sonra meydanda tərəflər arasında gərginlik yaşanıb. Hakim Qauçoya həmin hadisəyə görə sarı vərəqə verib.

Xatırladaq ki, "Fluminense" "İnter"i 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru