"Qarabağ" "Zalsburq"la oynayacaq

1-07-2025, 10:53           
"Qarabağ" "Zalsburq"la oynayacaq
İyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq "Qarabağ"ın orada keçirəcəyi növbəti yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, iyulun 7-də Ukrayna təmsilçisi "Metallist 1925"lə qarşılaşacaq Qurban Qurbanovun yetirmələrinin digər rəqibi "Zalsburq" olacaq.

Avstriya Bundesliqasının gümüş mükafatçısı ilə matçın tarixi hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində üç oyun günündə ümumilikdə dörd yoxlama görüşü nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru