Messi artıq azaddır: Bu ilin dekabrında...

3-07-2025, 15:18           
Messi artıq azaddır: Bu ilin dekabrında...
"İnter Mayami" klubunda forma geyinən Leo Messi artıq istənilən klubla transfer danışıqları apara bilər.

Bu barədə Argentina mətbuatı məlumat yayıb. 38 yaşlı ulduzun MLS klubu ilə müqaviləsinin müddəti dekabrın sonunda başa çatacaq. Bu səbəbdən Leo artıq istənilən klubla mümkün transfer barədə əlaqəyə keçə bilər.

Qeyd edək ki, L.Messi 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur. O, bu müddətdə 63 oyun keçirib, 50 qol və 24 assistə imza atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru