"Qızıl top" mübarizəsi: Mahmud Qurbanov kimləri favorit sayır?

3-07-2025, 10:27           
"Qızıl top" mübarizəsi: Mahmud Qurbanov kimləri favorit sayır?
"İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə verilişin qonağı futbol mütəxəssisi Mahmud Qurbanov olub. Buraxılışda futbolda transferlərə xərclənən məbləğlər və "Qızıl top" mükafatını kimin qazana biləcəyi barədə fikir mübadiləsi aparılıb.

Mahmud Qurbanov "Barselona"nın ulduz futbolçuları Rafinya və Lamin Yamalın ötən mövsümdəki çıxışlarını müqayisə edərək braziliyalı oyunçunun "Qızıl top"a daha layiq olduğunu bildirib.

"Rafinya təcrübəli futbolçudur. Bu mövsüm "Barselona" üçün bir çox oyunun taleyini dəyişdi, performansı yüksək səviyyədə idi. Əgər bu gün Lamin Yamal və Rafinya arasında seçim etmək lazım gəlsəydi, mən "Qızıl top"u Rafinyaya verərdim", - deyə M.Qurbanov vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru