“Traktor”un Çempionlar Liqasında oyunları Azərbaycanda yayımlanacaq

4-07-2025, 11:44           
“Traktor”un Çempionlar Liqasında oyunları Azərbaycanda yayımlanacaq
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.

QOL.az xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirilib.

Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor”un ÇL-dəki hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.

Qeyd edək ki, bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru