Əfsanəvi boksçunun oğlu xüsusi əməliyyatla həbs olunub

4-07-2025, 17:14           
Əfsanəvi boksçunun oğlu xüsusi əməliyyatla həbs olunub
Əfsanəvi meksikalı idmançı, boks üzrə keçmiş dünya çempionu Xulio Sezar Çavesin oğlu ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti tərəfindən Los-Ancelesdə (Kaliforniya ştatı) saxlanılıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat verib.

"İmmiqrasiya və Gömrük Xidməti tanınmış meksikalı boksçu və cinayətkar, ABŞ-da qanunsuz olan kiçik Xulio Sezar Çavesi saxlayıb. Onun tezliklə ABŞ-dan deportasiyası üzərində iş gedir. O, Meksika vətəndaşıdır... Orada isə ona qarşı mütəşəkkil cinayətkarlıq, odlu silah və partlayıcı maddələrin ticarətində iştirakı maddələri ilə ittiham irəli sürülüb", - qurumun bəyanatında deyilir.

"Associated Press" agentliyinin məlumatına əsasən, 39 yaşlı idmançının saxlanılmasında xeyli sayda agent iştirak edib. Həbs zamanı kiçik Çaves "Studio City" rayonu ərazisində yerləşən evinin yaxınlığında skuterlə hərəkət edirmiş.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru