Afrika Millətlər Kubokunun qalibi, məşhur qapıçı Peter Rufai vəfat etdi

Dünən, 17:54           
Afrika Millətlər Kubokunun qalibi, məşhur qapıçı Peter Rufai vəfat etdi
İspaniyanın "Deportivo" komandasının və Nigeriya millisinin sabiq qapıçısı Peter Rufai 62 yaşında vəfat edib.

Bu barədə Nigeriya Futbol Federasiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Rufai uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Nigeriya futbolunun nəhəngi və 1994-cü il Afrika Millətlər Kubokunun qalibi olan əfsanəvi qapıçı Peter Rufainin vəfatı ilə bağlı kədərlənirik. Sizin irsiniz meydanda və meydandan kənarda yaşayacaq. Rahat yatın Peter Rufai", - federasiyanın məlumatında deyilir.

Rufai Nigeriya yığmasında 65 oyun keçirib və 1994-cü ildə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Efiopiya üzərində 6:0 hesabı ilə qalib gəldikləri oyunda penaltidən bir qol vurub. Rufai 1994-cü ildə Afrika Millətlər Kubokunu qazanan və 1994 və 1998-ci il Dünya Kuboklarında çıxış edən milli komandanın tərkibində yer alıb.

Rufai Avropada Belçikanın "Lokeren" və "Beveren", İspaniyanın "Herkules" və "Deportivo", Portuqaliyanın "Farense" və "Gil Visente" komandalarında çıxış edib. O, yerli qəbilə başçısının oğlu idi, lakin 1998-ci ildə atasının ölümündən sonra idman karyerasını davam etdirmək üçün hakimiyyəti miras almaqdan imtina etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.