Hakimə rüşvət təklif etdi, 3 il futboldan uzaqlaşdırıldı

6-07-2025, 12:14           
Hakimə rüşvət təklif etdi, 3 il futboldan uzaqlaşdırıldı
Ukraynalı məşqçi Andrey Zaporozhan 3 illik diskvalifikasiya edilib.

Bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis UAF-ın Etika və Feyr Pley Kodeksinə uyğun gəlməyən hərəkət etdiyi üçün cəzalanıb. O, üç il ərzində futbolla bağlı hər hansı fəaliyyətlə məşğul ola bilməyəcək.

"Levıy Bereq"in sabiq baş məşqçisi Premyer Liqanın XIV turunda "Rux"a uduzduqları (0:1) matçdan əvvəl hakimə rüşvət verməyə çalışıb.

Qeyd edək ki, "Levıy Bereq" ötən mövsümün yekunlarına əsasən aşağı liqaya düşüb. Komanda iyunun əvvəlində Andrey Zaporozhanla yollarını ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru