Klublararası dünya çempionatı: "Real Madrid" - "Borussiya Dortmund" oyununda qol yağışı VİDEO

6-07-2025, 11:38           
Klublararası dünya çempionatı: "Real Madrid" -
Klublararası Dünya Çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Real Madrid" - "Borussiya Dortmund" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, oyunda sevinən tərəf kral klubu olub. Rəqibinin qapısından ilk hissədə 2 top keçirən "Real Madrid" oyunun sonuna qədər ciddi müqavimətlə üzləşməyib. İlk hissədə qolları 10 və 20-ci dəqiqələrdə Qarsia vurub.

Amma ikinci hissənin son dəqiqələrində əsl şou başlayıb. 90+3-cü dəqiqədə "Borussiya Dortmund"un heyətində Beyer uğur qazanıb. Bundan 1 dəqiqə sonra Mbappe kral klubunun üçüncü qolunu vurub. 90+9-cu dəqiqə isə "Borussiya Dortmund"un heyətində Seru Girassi penalti zərbəsindən fərqlənib - 3:2.

Yarımfinal matçında "Real Madrid" PSJ ilə qarşılaşacaq.

Digər yarımfinal görüşü isə İngiltərənin "Çelsi" və Braziliyanın "Fluminense" komandaları arasında olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru