Messi 38 yaşında bunu da etdi

6-07-2025, 11:47           
Messi 38 yaşında bunu da etdi
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS ulduzları arasında ən nadir nailiyyəti təkrarlayıb.

38 yaşlı argentinalı hücumçu ardıcıl 3 matçda ən azı 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan 4-cü futbolçu kimi Şimali Amerika Liqası tarixinə düşüb.

Belə statistik nailiyyəti əldə edən sonuncu futbolçu 20212-ci il martın 25-dən aprelin 7-dək fransalı forvard Tyerri Anri olub. Daha əvvəl isə ardıcıl 3 matçda 2+1 hədəfinə kolumbiyalı Diego Serna (2001) və ABŞ-dan olan Ante Razov (1999) çatıb.

Qeyd edək ki, Lionel Messi "Klyob de Fut Monreal"la matçda (4:1) 2+1, "Kolambus Kryu" ilə oyunda (5:1) və elə həmin "Monreal"la qarşılaşmada (4:2) 2+2 edib. Beləliklə, Messi 25 may 2025-ci ildən sonra 3 oyunda 6 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru