“Qarabağ” 4 qol vurub məğlub oldu

8-07-2025, 07:38           
“Qarabağ” 4 qol vurub məğlub oldu
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.

Demokrat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Metallist” (Xarkov) ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam klubunun məğlubiyyəti ilə bitib – 4:5. “Qarabağ”ın heyətində Nəriman Axundzadə dubl edib, digər qolları Aleksey Kaşukla Emmanuel Addai vurublar.

Xatırladaq ki, Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında “Zirə”ni 4 cavabsız qolla üstələmişdi.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru