İngiltərə klubu Avropa Liqasından kənarlaşdırıla bilər

10-07-2025, 12:44           
İngiltərə klubu Avropa Liqasından kənarlaşdırıla bilər
UEFA İngiltərənin "Kristal Pelas" klubunu növbəti mövsümün Avropa Liqasından kənarlaşdıra bilər.

32gun.az bildirir ki, Bu barədə məlumatı "Daily Mail" yayıb.

Məsələ Fransa təmsilçisi "Lion" klubunun etdiyi apellyasiya ilə bağlıdır. Fransanın Futbol Klublarının İdarəetmə və Nəzarət üzrə Milli Direktoratlığının (DNCG) qərarına əsasən, "Lion" yüksək liqadakı mövqeyini qoruyub. Buna səbəb klubun sahibi Con Tekstorun komanda üzərindəki payını satması göstərilir.

UEFA-nın qaydalarına görə, eyni şəxsə məxsus olan iki klubun eyni Avropa turnirində iştirakına icazə verilmir. Bu halda isə prioritet daha yüksək nəticə göstərmiş komandaya verilir. Qeyd edək ki, "Lion" milli çempionatda "Kristal Pelas"dan daha yüksək pillədə qərarlaşıb.

Xatırladaq ki, 2022-ci ilin yazında FIFA və UEFA Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsinə əsaslanaraq Rusiya yığma komandasını və bütün rus klublarını bu təşkilatların nəzarətində olan yarışlardan uzaqlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru